reklam
GÜLNAR BELEDİYESİNİN 100. YIL ETKİNLİKLERİ AZERBAYCAN BASININDA

GÜLNAR BELEDİYESİNİN 100. YIL ETKİNLİKLERİ AZERBAYCAN BASININDA

GÜLNAR BELEDİYESİNİN 100.YIL KUTLAMALARI KAPSAMINDA DÜZENLENEN TURAN MANAFZADE İLE 7 GÜZEL’İN GÜLNAR KONSERİ AZERBAYCAN BASININDA

Gülnar Belediyesinin 100.yıl kutlama etkinlikleri kapsamında düzenlenen Turan Manafzade ile 7 Güzel Konseri, Azerbaycan Devlet Haber Ajansı’nda (AZERTAC) büyük yer buldu. Azerbaycan basınında yer alan Gülnar Belediyesi 100. yıl kutlama programı, takdir topladı. Gülnar Belediye Başkanı Fatih Önge Azerbaycan Devlet Sanatçısı Turan Manafzade ile 7 Güzel’i ilçelerinde misafir etmekten dolayı memnun olduğunu belirterek Azerbaycan basınına teşekkür etti.

Başkan Önge “Gülnar’a ilk kez kuyruklu piyano getirdik. Gülnar Belediyemizin 100. yıl kutlama programları çerçevesinde Azerbaycan Devlet Sanatçısı Sayın Turan Manafzade ve 7 Güzel grubunu hemşehrilerimizle buluşturduk ve binlerce hemşehrimiz değerli sanatçılarımızı dinlemeye geldi. Hem Türkiye’mizin hem de kardeş ülkemiz Azerbaycan’ın sevilen sanatçılarına yaşattıkları unutulmaz gece için teşekkür ediyorum. Azerbaycan basınının etkinliklerimizi yakından takip etmiş olması mutluluk verici. Türk dostu ülkelerimizle Gülnar Belediyesi olarak her zaman iş birliği içerisinde olmaya hazırız.” şeklinde konuştu.

Gülnar Belediyesinin beş gün boyunca düzenlemiş olduğu 100. yıl etkinliklerinde sahne alan ve Türkiye’nin 100. yılı için de marş besteleyen Turan Manafzade ve 7 Güzel Konseri’nin Azerbaycan Devlet Haber Ajansı (AZERTAC) basınında yer aldığı haber ise şöyle;

“MƏDƏNİYYƏT

Türkiyənin müxtəlif şəhərlərində türkdilli ölkələrin qadın sənətçilərindən ibarət “Turan Manafzadə və Yeddi Gözəl” musiqi qrupunun konsertləri keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, eləcə də Macarıstan olmaqla yeddi ölkəni təmsil edən istedadlı qadın musiqiçilərdən ibarət qrupun dirijoru və solisti Azərbaycanın Əməkdar artisti, bəstəkar və pianoçu Turan Manafzadədir.

AZƏRTAC-a müsahibə verən bəstəkar konsert proqramlarının Türkiyədə qeyd edilən Zəfər Bayramı tədbirləri çərçivəsində gerçəkləşdiyini deyib. “Amasyanın Merzifon və Mersinin Gülnar bələdiyyələrinin dəvəti ilə “Turan Manafzadə və Yeddi Gözəl” olaraq iki fərqli konsert proqramı ilə çıxış etdik. Konsertlərdə dünya klassikləri və qrupumuza daxil olan xanımların ölkələrinə aid ən çox sevilən və tanınan xalq mahnılarından ibarət musiqilər yer aldı. Tədbirlər ərəfəsində həm də Gülnar bələdiyyəsinin 100 illiyi qeyd olunurdu və bu bölgədə pianonun müşayiəti ilə belə bir konsert ilk dəfə baş tuturdu. Proqramda səsləndirdiyim “Çırpınırdı Qara dəniz” və sonda izləyicilərlə birgə ifa etdiyimiz “Türkiyə 100” əsərim proqrama ayrı bir coşqu qatdı. Türkiyə Cümhuriyyətinin 100 illiyinə bəstələdiyim və xalq tərəfindən çox sevilən bu əsərin həm də ölkə məktəblərində əzbərlənməsi, Türkiyənin xaricdəki diplomatik nümayəndəliklərində səsləndirilməsi mənim üçün olduqca qürurverici, sevindirici haldır. Bu marş Merzifon bələdiyyəsində də sevilərək səsləndirilir. Bu, bölgədə yaşayanların böyük həvəslə proqrama gəlib bizimlə birlikdə marşı səsləndirməsində də özünü çox gözəl büruzə verdi”, – deyə Turan Manafzadə bildirib.

Bəstəkar “Turan Manafzadə və Yeddi Gözəl” musiqi qrupunun ifasında ilk dəfə bu proqramda “Miniatür” əsərinin səsləndirildiyini və bu əsərin bəstəkarının Almaniyada yaşayan həmvətənimiz Xədicə Zeynalova olduğunu qeyd edib.

O bildirib ki, qrup ilk konsertini Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Liderlər Sammitində birinci xanımlar üçün verib: “Sonradan dünyanın fərqli bölgələrində 16 konsert proqramı ilə çıxışlarımız oldu. Türkiyədə isə Ankara və İstanbulda konsertlərimiz keçirilib. Türk ölkələrini təmsil edən qadınlar olaraq xalqlarımız arasındakı mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, musiqi bağlarımızın daha da möhkəmlənməsinə töhfə vermək olduqca qürurvericidir”.

Qeyd edək ki, Turan Manafzadə musiqi qrupunun yaradıcısıdır.”

 

Sosyal Medyada Paylaşın:

BİRDE BUNLARA BAKIN

Düşüncelerinizi bizimle paylaşırmısınız ?

  • ÇOK OKUNAN
  • YENİ
  • YORUM